Tehranda yataqxanada yanğın olub, 11 tələbə xəsarət alıb

Tehran

© APA | Tehran

# 08 may 2022 15:32 (UTC +04:00)

İranın paytaxtı Tehranda tələbə yataqxanasında yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehranın Kərimxan xiyabanında yerləşən 10 mərtəbəli tələbə yataqxanasında baş verən yanğında 11 nəfər xəsarət alıb.

Yanğın zamanı yataqxananın damına çıxmış 150-ə yaxın tələbə yanğınsöndürənlər tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR