"The Jerusalem Post": Qərb kəşfiyyatı İsfahan şəhərindəki dron hücumlarını çox uğurlu hesab edir

"The Jerusalem Post": Qərb kəşfiyyatı İsfahan şəhərindəki dron hücumlarını çox uğurlu hesab edir
# 29 yanvar 2023 18:43 (UTC +04:00)

İranın iddialarına baxmayaraq, Qərb kəşfiyyatı İsfahan şəhərindəki dron hücumlarını çox uğurlu hesab edir.

APA xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat paylaşıb.

Bildirilib ki, İsfahanda qabaqcıl silahların hazırlandığı 4 müəssisədə partlayış baş verib və bunlar İranın bəyan etdiyi kimi, sadəcə "tavana dəymiş kiçik ziyan" deyil.

Qeyd olunub ki, İran daha əvvəl baş vermiş insidentlər zamanı da zərərin həqiqi miqyasının gizlədilməsinə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR