Türkiyə ordusunun iki hərbçisi şəhid olub

Türkiyə ordusunun iki hərbçisi şəhid olub
# 27 iyul 2022 08:14 (UTC +04:00)

Türkiyə Suriyanın şimalında terrorçulara qarşı əməliyyatları davam etdirir.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Azez Cibrin bölgəsində terror təşkilatı PKK/YPG tərəfindən hücum təşkil edilib.

“Fərat Qalxanı” əməliyyatı zonasında hücumun qarşısını alarkən Türkiyə ordusunun hərbçiləri Mert Otal və Mövlud Yoğrutçu şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR