Türkiyədə avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 25-i yaralanıb

Türkiyədə avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 25-i yaralanıb
# 30 mart 2023 06:25 (UTC +04:00)

Türkiyədə yol-nəqliyyat hadisəsi zamanı avtobus aşıb.

APA "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Yozgat vilayətinin Yerköy rayonunda baş verib.

Hadisə zamanı 1 nəfər ölüb, 25-i yaralanıb.

Sivasdan Ankaraya gedən avtobus idarəetməni itirməsi səbəbindən aşıb.

Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR