Türkiyədə bu gün koronavirusdan 179 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 179 nəfər ölüb
# 22 dekabr 2021 23:48 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 179 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Bu gün Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin təcili istifadə və istehsalının təsdiqləndiyini nəzrədə tutaraq F.Qoca “artıq öz peyvəndimiz, öz gücümüz var, “TURKOVAC” xalqımıza xeyirli, uğurlu olsun” deyə qeyd edib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 352 438 nəfərin test edildiyi, 19 095 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 816 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 125 565 703 peyvənd tətbiq edilib ki, bunun 91,40 faizi birinci, 82,62 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR