Türkiyədə ətir fabrikində güclü yanğın başlayıb

Türkiyədə ətir fabrikində güclü yanğın başlayıb
# 30 mart 2023 05:31 (UTC +04:00)

Türkiyənin Tekirdağ rayonunun Çerkezköy rayonunda ətir fabrikində yanğın baş verib.

APA "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın fabrikinin anbar hissəsində başlayıb.

Alov anbarın böyük hissəsini bürüyüb.

Yanğın və partlayışlar nəticəsində anbarın bəzi divarları uçub, ətir şüşələri fabrikdən çölə çıxıb.

Əraziyə çox sayda yanğınsöndürən və sağlamlıq qrupu göndərilib.

Yanğının qarşısını almaq hələ mümükün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR