Türkiyədə miqrantları daşıyan avtomobil aşıb, ölən və yaralılar var

Türkiyədə miqrantları daşıyan avtomobil aşıb, ölən və yaralılar var
# 24 sentyabr 2019 11:04 (UTC +04:00)

Türkiyədə miqrantları daşıyan pikap tipli avtomobil qəzaya düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Hatay vilayətinin Reyhanlı qəsəbəsində qeydə alınıb.

Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR