Türkiyədə sərnişin avtobusu aşıb.
APA-nın "CNNtürk"ə istinadən xəbərinə görə, hadisə Bartın vilayətində qeydə alınıb.
Bartın-Zonquldağ magistralında hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə jandarma, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Qəza nəticəsində avtobusda olan 39 nəfər xəsarət alıb.