Türkiyədə son sutkada koronavirusdan 173 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 173 nəfər ölüb
# 09 yanvar 2022 22:40 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 049 nəfərin test edildiyi, 61 min 727 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 35 min 163 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR