Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 35 yaralı var - YENİLƏNİB

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 35 yaralı var - YENİLƏNİB
# 28 avqust 2022 16:02 (UTC +04:00)

Türkiyədə turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA-nın “Haber Türk” telekanalına istinadən verdiyi xəbərə görə, Bursanın İnegöl rayonunda baş verən qəza zamanı 35 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 4-nün durumu ağırdır.

***

saat 11.06

Türkiyədə turist avtobusu qəzaya uğrayıb.

APA-nın “Haberler” portalına istinadən verdiyi xəbərə görə, Bursanın İnegöl rayonunda 47 turistin olduğu avtobus dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılar arasında vəziyyəti ağır olanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR