UNİCEF: 12 milyon suriyalı uşağın yardıma ehtiyacı var

UNİCEF: 12 milyon suriyalı uşağın yardıma ehtiyacı var
# 09 may 2022 03:11 (UTC +04:00)

12,3 milyon suriyalı uşağın humanitar yardıma ehtiyacı var. Bu, 2011-ci ildə müharibə başlayandan bəri rekorddur.

APA-nın xəbərinə görə, bunu UNİCEF-in Yaxın Şərq üzrə regional qrupunun rəhbəri Adel Xodr deyib.

“Milyonlarla uşaq qorxu içində Suriyada və qonşu ölkələrdə yaşayır”, deyə Xodr bildirib.

Təşkilat bildirir ki, yardıma ehtiyacı olan uşaqların 5,8 milyonu Suriyada, qalanları isə qonşu ölkələrdə məskunlaşıb. Ukrayna münaqişəsi nəticəsində yaranan bahalaşma suriyalı ailələrin vəziyyətini daha da ağırlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR