XİN başçısı: Türkiyənin anti-terror əməliyyatlarının qarşısını almağa çalışanlar var

XİN başçısı: Türkiyənin anti-terror əməliyyatlarının qarşısını almağa çalışanlar var
# 30 noyabr 2022 15:14 (UTC +04:00)

Türkiyənin anti-terror əməliyyatlarının qarşısını almağa çalışanlar var.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ başda olmaqla bəzi müttəfiq ölkələr terrora verdikləri dəstəyə son qoymalıdır.

Nazir ABŞ-ın Türkiyənin hava zərbələri endirməsini, amma quru əməliyyatlarına başlamaması barədə mesajlarına da son verməli olduğunu deyib.

“Türkiyə özü anti-terror mübarizəsini davam etdirmək iqtidarında bir ölkədir”, - nazir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR