Yanvarın 10-u Qazaxıstanda matəm günü elan edilib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 08 yanvar 2022 12:26 (UTC +04:00)

Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali "Facebook" səhifəsində bildirib.

"Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib", deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətində maye qazın bahalaşması ilə əlaqədar başlayan etirazlar yanvarın 3-dən etibarən ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib. Təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalarda çox sayda ölənlərin olduğu bildirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "terror təhlükəsi" səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə yardım üçün müraciət edib. KTMT-yə üzv Rusiya, Belarus, Ermənistan və Tacikistan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR