Yaponiyada 5,2 maqnitudalı zəlzələ olub, 5 nəfər xəsarət alıb

Yaponiyada 5,2 maqnitudalı zəlzələ olub, 5 nəfər xəsarət alıb
# 19 iyun 2022 17:26 (UTC +04:00)

Bu gün Yaponiyada 5,2 maqnitudalı zəlzələ olub.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı İsikava sahillərində 10 km dərinlikdə olub.

İsikava əyalətində bir neçə evin pəncərələrinin şüşəsi sınıb, damı qopub. Nəticədə 5 nəfər xəsarət alıb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi fövqəladə mətbuat konfransında bildirib ki, "Kasivadzaki-Kariva" AES-də hər hansı problem qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR