Yeni Zelandiya sərhədləri vaxtından əvvəl açır

Casinda Ardern

© APA | Casinda Ardern

# 11 may 2022 08:08 (UTC +04:00)

Yeni Zelandiya ölkənin sərhədlərini vaxtından əvvəl, iyulun 31-də açmağa qərar verib.

APA xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardern bildirib.

“Beynəlxalq sərhədlər turistlərə və vizası olanlar nəzərdə tutulandan daha əvvəl – 31 iyulda açılacaq. Bu vaxta qədər aviadaşıyıcılar və turizm büroları işlərini qaydaya sala biləcəklər” – deyə Ardern qeyd edib.

Baş nazir həm də miqrasiya siyasətinin yumşaldılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR