Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından APA-ya verilən məlumata görə, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Atlet toplam 215 kq (95+120) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Noyabrın 5-dək davam edəcək yarışda Nailxan Nəbiyev də qüvvəsini sınayacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır.
Azərbaycan ağırlıqqaldıranı Belarusda qızıl medal qazanıb
02 noyabr 2019 21:54 (UTC +04:00)
Atletika
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
18:45
8 may 2024
Yığmamız Avropa bürüncünü qazanıb
18:10
5 may 2024
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu 2024” keçirilib - FOTO - YENİLƏNİB-2
17:45
5 may 2024
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
14:20
5 may 2024