Paşha Bank
Bank Of Baku

Polşada 6 nəfəri öldürüb, 15 nəfəri yaralayan şəxsin evindən daha üç meyit tapılıb - VİDEO - YENİLƏNİB 2

Polşada 6 nəfəri öldürüb, 15 nəfəri yaralayan şəxsin evindən daha üç meyit tapılıb - VİDEO  - YENİLƏNİB 2
# 08 noyabr 2026 03:28 (UTC +04:00)

Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb.

APA xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.

Məlumatı ölkənin Baş naziri Donald Tusk da təsdiqləyib. Onun sözlərinə görə, evdə iki qadın və bir kişinin meyiti tapılıb.

Tusk onların şübhəlinin yaxın ailə üzvləri olduğuna dair çoxsaylı əlamətlərin olduğunu bildirib.

***

21:29

Polşanın Krakov şəhərində, əsas meydan yaxınlığında naməlum şəxsin insanlara atəş açması nəticəsində ölənlərin sayı altıya çatıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər yaralanıb. Yaralananlardan ikisi polis əməkdaşıdır.

Şəhər polisi atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Polisdən verilən məlumata görə, şübhəli Polşa vətəndaşıdır və hadisəni törətməkdə hazırda məlum olan yeganə şəxsdir.

Polis sosial şəbəkədə yaydığı açıqlamada hadisə ilə əlaqədar polis əməkdaşının öldüyü və başqa şübhəlinin axtarıldığı barədə məlumatları təkzib edib. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

RMF24 teleradio şirkətinin məlumatına görə, saxlanılan şəxsin 25 yaşı var.

***

19:13

Polşanın Krakov şəhərinin mərkəzində atışma baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, atəş hərəkətdə olan avtomobildən açılıb. Hücumun səbəbi hələlik məlum deyil.

Hadisə ilə əlaqədar şəhərin mərkəzi meydanı mühasirəyə alınıb, əraziyə helikopter cəlb edilib.

Polşanın Baş naziri Donald Tusk vəziyyətlə bağlı mütəmadi məlumatlandırıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR