Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Universiadada qızıl medal qazanıb
  • Clock-gray 00:38
  • calendar-gray 11 İyul 2019

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan yığması daha bir medal qazanıb. 

APA-nın məlumatına görə, atlet Nazim Babayev 3 təkanla tullanma yarışında çempion tituluna yiyələnib. 

O, 16,89 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, ikinci dəfə Universiadanın qızıl medalına sahib olub. 

Bununla da Azərbaycan yığmasının hesabındakı mükafat 4-ə çatıb. N. Babayevdən öncə idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə milli bürünc mükafat qazanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date