Azərbaycan idmançısı Avropa yığmasına dəvət alıb

Azərbaycan idmançısı Avropa yığmasına dəvət alıb
# 05 sentyabr 2019 14:29 (UTC +04:00)

Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında matç keçiriləcək.

APA-nın məlumatına görə, iki gün davam edəcək görüşdə hər iki komandanın ən güclüləri mübarizə aparacaqlar.

Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanmada mübarizə aparacaq idmançılar sırasındadır.

Siyahıda Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 m məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa – ABŞ matçı “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək. Görüşdə 300 idmançı 30-da artıq növdə qalibi müəyyənləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR