“Formula 1” İspaniya Qran-Pri yarışının qalibi məlum olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Barselonada keçirilən yarışın qalibi “Mersedes” komandasının britaniyalı pilotu Lyüis Hemilton olub.
Finişə ikinci L.Hemiltonun komanda yoldaşı Valtteri Bottas çatıb. Üçüncü yerin sahibi “Red Bull” komandasının pilotu, hollandiyalı Maks Ferstappen olub.
“Formula 1” yarışmasının növbəti mərhələsi 24-27 may tarixlərində Monakoda keçiriləcək.