5 PKK terrorçusu türk əsgərlərinə təslim olub

5 PKK terrorçusu türk əsgərlərinə təslim olub
  • Clock-gray 05:08
  • calendar-gray 05 Dekabr 2019

Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları zamanı 5 terrorçu təslim olub.

APA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, İraqın şimalındakı düşərgələrindən qaçan 5 PKK terrorçusu Silopi bölgəsinə keçərək Türkiyənin təhlükəsizlik orqanlarına təslim olublar.

Qeyd edək ki, terrorçulara qarşı tətbiq olunan güc PKK daxilində çaxnaşma yaradıb. Bu amil, o cümlədən aparılan təbliğat işləri sayəsində çoxlu sayda terrorçu PKK düşərgələrindən qaçaraq təslim olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date