ABŞ Dövlət katibi Gürcüstana rəsmi səfərə gəlib

ABŞ Dövlət katibi Gürcüstana rəsmi səfərə gəlib
  • Clock-gray 21:00
  • calendar-gray 17 Noyabr 2020

ABŞ Dövlət katibi Gürcüstana rəsmi səfərə gəlib  

ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstanda rəsmi səfərədir.  

APA-nın yerli bürosu Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində M.Pompeo Baş nazir Giorgi Qaxariya Gürcüstan Prezidenti Salome Zurabişvili və Xarici İşlər naziri Davit Zalkaliani ilə görüşlər keçirəcək. 

Yüksək səviyyəli görüşlərdə ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasının prioritetləri və ölkələr arasında müdafiə və təhlükəsizlik, habelə ticarət və iqtisadiyyat, demokratiya, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər zamanı tərəflər Gürcüstan və bölgədəki təhlükəsizlik mühiti, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi üçün ölkələr arasında əməkdaşlıq məsələləri, Gürcüstanda  demokratik və iqtisadi islahatlar barədə  müzakirə aparacaq. M.Pompeonun Gürcüstana səfəri sabah başa çatacaq.

 

Səid Babazadə

Digər xəbərlər