ATƏT-in fəaliyyətdə olan sədri Türkiyəyə başsağlığı verib

ATƏT-in fəaliyyətdə olan sədri Türkiyəyə başsağlığı verib
# 16 fevral 2021 18:15 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Türkiyəyə başsağlığı verib.

APA-nın xəbərinə görə, Ann Linde bu barədə "Twitter"də bildirib.

"Şimali İraqda terror aktı nəticəsində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm. Türk xalqı ilə həmrəy olduğumuzu bildiririk", - deyə İsveçin xarici işlər naziri qeyd edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində PKK/YPG terroçularına qarşı apardığı “Pençe Kartal-2” Hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədi aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR