Almaniyada koronavirusa yoluxanların sayı 1567 nəfərə çatıb

Almaniyada koronavirusa yoluxanların sayı 1567 nəfərə çatıb
# 12 mart 2020 00:47 (UTC +04:00)

Almaniyada koronavirusun yeni növünə yoluxanların sayı 271 nəfər artaraq ümumilikdə 1567 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Robert Kox adına institutun son məlumatlarında qeyd olunub.

Bundan əvvəl 1296 nəfərin virusa yoluxduğu deyilirdi.

İnfeksiyanın yayılmasının episentri yenə də Şimali Reyn – Vestfaliya hesab olunur. Burada 484 nəfər koronavirus daşıyıcısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR