Almaniyada koronavirusa yoluxma hallarının sayı 195 mini ötüb

Almaniyada koronavirusa yoluxma hallarının sayı 195 mini ötüb
# 02 iyul 2020 08:19 (UTC +04:00)

Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 503 yeni yoluxma qeydə alınıb, daha 9 nəfər bu virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Bundan bir gün əvvəl 466 yoluxma və 12 ölüm faktının qeydə alındığı bildirilmişdi.

İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 195 228 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 8994-ü vəfat edib, təxminən 180,3 min insan isə müalicə olunaraq sağalıb.

Ən çox yoluxma halları Bavariyada (48 547), Şimali Reyn-Vestfaliyada (43 436) və Baden-Vürtemberqdə (35 744) rast gəlinib. Berlində indiyədək 8302 nəfərdə koronavirus aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR