Almaniyada son sutkada 99 nəfər COVID-19-dan ölüb

Almaniyada son sutkada 99 nəfər COVID-19-dan ölüb
# 21 mart 2021 09:45 (UTC +04:00)

Son sutka ərzində Almaniyada yeni növ koronavirusa (COVİD-19) 13 733 yoluxma halı aşkarlanıb, 99 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat yayıb.

Ümumilikdə pandemiya başlanandan indiyə qədər Almaniyada 2 659 516 nəfər koronavirusa yoluxub, 74 664 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR