Almaniyada son sutkada koronavirusdan 10 nəfər ölüb

Almaniyada son sutkada koronavirusdan 10 nəfər ölüb
# 23 iyun 2020 08:34 (UTC +04:00)

Almaniyada son sutka ərzində yeni növ koronavirusdan 10 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son 24 saatda yeni növ virusa yoluxanların sayı isə 503 nəfər olub.

İndiyə qədər ölkə üzrə ümumilikdə 190 862 yoluxma, 8895 ölüm halı qeydə alınıb. 175,7 min nəfər sağalaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR