Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Yaxın Şərq regionunda güc tətbiqinin dayandırılması ilə bağlı çağırış edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yaxın Şərqdə yaşanan böhranın Avropa İttifaqına da təsir etdiyini vurğulayan Ursula fon der Leyen tərəfləri dialoqa dəvət edib.
Onun sözlərinə görə, bu gün səhər Avropa Komissarlarının xüsusi kollegiya iclası keçirilib, iclasda Yaxın Şərq, o cümlədən İraq, İran və Liviyada vəziyyət müzakirə edilib.