Avropanın daha bir ölkəsində koronavirusun mutasiyaya uğramış variantı aşkarlanıb

Avropanın daha bir ölkəsində koronavirusun mutasiyaya uğramış variantı aşkarlanıb
# 08 yanvar 2021 19:50 (UTC +04:00)

Rumıniyada yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub.

APA-nın xəbərinə görə, bu barədə Radio Romania məlumat yayıb.

Bildirilib ki, koronavirusun mutasiyaya uğramış variantı 27 yaşlı qadında aşkarlanıb.

Qeyd edək ki, ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantının aşkar olunduğunu açıqlayıb.

Xatırladaq ki, yeni növ koronavirusun mutasiyaya uğramış variantı ilk dəfə Böyük Britaniyada aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR