Britaniya 100 milyon doza "AstraZeneca" peyvəndi sifariş verib

Britaniya 100 milyon doza "AstraZeneca" peyvəndi sifariş verib
# 31 dekabr 2020 07:21 (UTC +04:00)

Böyük Britaniya Oksford Universiteti və “AstraZeneca” şirkətinin birgə istehsalı olan 100 milyon doza koronavirus peyvəndi sifariş verib. Bu, bütün ölkə əhalisinin vaksinasiyası üçün kifayət edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mett Henkok öz açıqlamasında deyib.

Nazir bildirib ki, gələn bazar ertəsindən etibarən Oksford peyvəndi ilə vaksinasiya üçün 5,3 min doza, fevral ayından isə bir neçə milyon doza hazır olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR