Britaniyada son sutkada 34 mindən çox insanda koronavirus aşkar edilib

Britaniyada son sutkada 34 mindən çox insanda koronavirus aşkar edilib
# 26 dekabr 2020 23:22 (UTC +04:00)

Böyük Britaniyada son sutkada 34 693 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 256 005 nəfərə çatıb. Son sutka ərzində 210 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 70 405 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR