Çexiyada baş verən atışmada ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB

Çexiyada baş verən atışmada ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB
# 10 dekabr 2019 12:47 (UTC +04:00)

Çexiyada xəstəxanada baş verən atışmada ölənlərin sayı artıb.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Cinayəti törədən şəxs isə intihar edib.

Uzun axtarışlardan sonra onun meyiti avtomobilindən tapılıb.

***

saat 12:12

Çexiyanın Ostrava şəhərində yerləşən xəstəxanada atışma olub.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, faktı Çexiyanın Daxili İşlər naziri Jan Hamacek təsdiqləyib.

Məlumata görə, Ostrava şəhər xəstəxanasında silahlı şəxs insanlara atəş açıb, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İnsident bu gün yerli vaxtla səhər saat 07:00-da baş verib.

Şübhəlinin axtarışı üzrə əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR