Dünyada koronavirusa yoluxanların sayı 7,9 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 7,9 milyonu keçib
# 17 iyun 2020 00:06 (UTC +04:00)

Dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 7,9 milyonu keçib, 434 mindən çox insan isə ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, COVID-19-a yoluxanların sayı 7 941791 nəfərə, ölənlərin sayı isə 434796 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün dünyada 118 502 yoluxma, 3255 ölüm hadisəsi qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR