Dünyada son sutkada koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
# 10 mart 2021 05:14 (UTC +04:00)

Dünyada son sutka ərzində 326 990 nəfər koronavirusa yoluxub, 6 573 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 116 874 912 yoluxma hadisəsi, 2 597 381 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Şimali və Cənubi Amerikanın (153 120) payına düşür. Digər yerləri isə Avropa (107 059) ilə Cənub-Şərqi Asiya (31 859) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR