Fransada 3 nəfər koronavirusa yoluxub

Fransada 3 nəfər koronavirusa yoluxub
  • Clock-gray 07:26
  • calendar-gray 25 Yanvar 2020

 

Fransanın paytaxtı Paris və Bordo şəhərlərində koronavirusa yoluxma aşkarlanıb.

APA-nın “France İnfo” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Səhiyyə naziri Aqnes Bouzen bildirib.

O qeyd edib ki, yeni növ virusa yoluxan xəstələrdən biri Bordo şəhərində qeydə alınıb: “Çindən yeni qayıdan 48 yaşlı xəstə koronavirusa Hubey əyalətinin inzibati mərkəzi olan Uhan şəhərində yoluxub. O, yanvarın 23-də simptomlarla bağlı həkimlərə müraciət edib. Hazırda Bordo xəstəxanasında qapalı şəraitdə saxlanılır”. 

Nazir əlavə edib ki, Parisdəki xəstəyə gəlincə onun haqqında məlumat azdır: “Lakin xəstə Fransaya qayıtdıqdan sonra onlarla insanla təmasda olub. O da ayrıca qapalı palataya yerləşdirilib”. 

Üçüncü şəxs barədə məlumat verməyən nazir etiraf edib ki, Fransada koronavirusa yoluxanların sayı daha çox ola bilər: "Lakin aidiyyəti qurumlar virusun ölkədə yayılmasının məhdudlaşdırılması üçün hər şey edir".

 

Rəşad Sarıyev

Digər xəbərlər