Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb

Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb
# 31 mart 2020 21:59 (UTC +04:00)

Fransada son 24 saatda koronavirusa yoluxmuş 499 nəfər vəfat edib.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 3523-ə çatıb.

Son sutka ərzində 7578 yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada bu günədək koronavirusa yoluxanların ümumi sayı 52 128-ə çatıb.

Hazırda virusa yoluxmuş 5565 nəfərin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR