Fransada son sutkada koronavirusa yoluxanların sayı 10 minə yaxın olub

Fransada son sutkada koronavirusa yoluxanların sayı 10 minə yaxın olub
# 30 noyabr 2020 04:20 (UTC +04:00)

Fransada son sutkada koronavirusa yoluxanların sayı 9784-ə yüksəlib, xəstəxanalarda isə 198 nəfərin ölümü qeydə alınıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, epidemiyanın başlanğıcından bəri ölkədə yoluxanların ümumi sayı 2 milyon 218 min nəfəri keçib, 52,3 mindən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR