Giorgi Qaxaria yenidən Gürcüstanın Baş naziri olacaq

Giorgi Qaxaria yenidən Gürcüstanın Baş naziri olacaq
# 11 dekabr 2020 15:45 (UTC +04:00)

Gürcüstanın Baş naziri Giorgi Qaxaria növbəti hökumətə də rəhbərlik edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sabiq spikeri, parlament üzvü İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sğzlərinə görə, növbəti hökumət başçısı da G. Qaxaria olacaq və hökumətin tərkibinə isə partiya daxilindəki müzakirələrdən sonra qərar veriləcək.

Qeyd edək ki, yerli qanunvericiliyə əsasən bu gün Gürcüstan parlamentinin səlahiyyətlərinin təsdiqlənməsindən sonra hökumət istefaya getməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR