Gürcüstan İtaliya ilə birbaşa uçuşları dayandırıb

Gürcüstan İtaliya ilə birbaşa uçuşları dayandırıb
# 06 mart 2020 14:49 (UTC +04:00)

Gürcüstan İtaliyada koronavirusun geniş yayılması səbəbi ilə birbaşa uçuşları müvəqqəti dayandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qeyd edək ki, ötən gün Gürcüstanda daha beş nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Yoluxan şəxslərin İtaliyadan qayıdan koronavirusa yoluxmuş 44 yaşlı kişinin yaxınları olduğu bildirilir. Hazırda ölkədə 9 nəfərdə yoluxma təsdiqlənib. Ölkə üzrə 162 nəfər isə karantində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR