Gürcüstana 100 min doza “Sinopharm” vaksini çatdırılıb

Gürcüstana 100 min doza “Sinopharm” vaksini çatdırılıb
# 03 aprel 2021 10:52 (UTC +04:00)

Gürcüstana yeni növ koronavirus əleyhinə 100 min doza Çin istehsalı “Snopharm” vaksini çatdırılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, vaksinlər bu gün səhər xüsusi aviareyslə Tbilisi Hava Limanına gətirilib. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, vakinslərin ölkədə tətbiqinə ÜST-ün təsdiqləməsindən sonra başlanılacaq.

Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə ölklədə yalnız “AstraZeneca” və “Pfizer” vaksinlərindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR