Gürcüstanda 82 yaşlı kişi 87 yaşlı arvadını qətlə yetirib

Gürcüstanda 82 yaşlı kişi 87 yaşlı arvadını qətlə yetirib
# 14 dekabr 2020 10:47 (UTC +04:00)

Gürcüstanın Tetritskaro rayonunda 82 yaşlı kişi 87 yaşlı həyat yoldaşını boğazından bıçaqlayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1933-cü il təvəllüdlü qadın N.A aldığı xəsarətdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən şəxs 1938-ci il təvəllüdlü A.O-nun isə saxlanıldığı bildirilib.

Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İttihamlar təsdiqini taparsa, cinayəti törətmədə şübhəli bilinən ahıl kişi 13 ildən 17 ilədək həbs edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR