Gürcüstanda koronavirusa yoluxanların sayı 208-ə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 208-ə çatıb
  • Clock-gray 09:59
  • calendar-gray 08 Aprel 2020

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 208-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, onlardan 46-sı artıq sağalıb. Hazırda ölkə üzrə karantində 4674, stasionar müalicədə isə 362 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3-ü isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

Səid Babazadə

Digər xəbərlər