Gürcüstanda koronavirusa yoluxanların sayı 230 nəfərə çatıb - YENİLƏNİB

Gürcüstanda koronavirusa yoluxanların sayı 230 nəfərə çatıb - YENİLƏNİB
  • Clock-gray 11:00
  • calendar-gray 10 Aprel 2020

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 230 nəfərə çatıb.

 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

 

***

 

10:21

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 227 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4829 nəfər saxlanılır, stasionar müalicədə isə 410 nəfər var. Virusa yoluxmuş şəxslərdən 52-si sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date