Gürcüstanda müxalifət partiyasının baş ofisinə silahlı hücum edən şəxs tutulub

Gürcüstanda müxalifət partiyasının baş ofisinə silahlı hücum edən şəxs tutulub
# 18 mart 2021 10:46 (UTC +04:00)

Ötən gün Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyasının baş ofisinə silahlı hücum edən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, insidenti törətməkdə şübhəli bilinən 29 yaşlı kişi (D. K.) aparılan əməliyyat istintaq tədbirləri nəticəsində Kaxetidə saxlanılıb.

Onun mənzilinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança, odlu silah patronları və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin barəsində odlu silahların qanunsuz alqı-satqısı, saxlanılması və gəzdirilməsi, başqasının əmlakına zərər vurma maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR