Gürcüstanda parlament seçkilərində hakim partiya öndədir - YENİLƏNİB-1

Gürcüstanda parlament seçkilərində hakim partiya öndədir  - YENİLƏNİB-1
# 01 noyabr 2020 14:40 (UTC +04:00)

Gürcüstanda ötən gün keçirilən 10-cu çağırış parlament seçkilərində səslərin 94.25%-i (3 626 seçki məntəqəsi) hesablanıb.

APA-nın yerli bürosu Gürcüstan MSK-ya (CESKO) istinadən xəbər verir ki, bu saata olan göstəriciyə əsasən hakim “Gürcü Arzusu” partiyası səslərin 48,12%-ni, "Vahid Milli Hərəkat-Birləşmiş Müxalifət" seçki bloku isə 26,92%-ni qazanıb. Digər müxalif partiyalardan isə "Avropalı Gürcüstan" 3.79%, "Vətənpərvərlər Alyansı" 3.18%, "Aqmaşenebeli Strategiyası" 3.15%, “Girçi” 2.95%, "Gürcüstan Leyboristlər Partiyası" 1% səs toplayıb.

***

11.17

Gürcüstanda ötən gün keçirilən 10-cu çağırış parlament seçkilərində səslərin 78.16%-i (3007 seçki məntəqəsi) hesablanıb.

APA-nın yerli bürosu Gürcüstan MSK-ya (CESKO) istinadən xəbər verir ki, bu saata olan göstəriciyə əsasən, hakim “Gürcü Arzusu” partiyası səslərin 48,36%-ni, "Vahid Milli Hərəkat-Birləşmiş Müxalifət" seçki bloku isə 26,35%-ni qazanıb. Digər müxalif partiyalardan "Avropalı Gürcüstan" 3.79%, "Gürcüstan Vətənpərvərləri Alyansı" 3,2%, "Aqmaşenebeli Strategiyası" 3.16%, “Girçi” 3.07%, "Gürcüstan Leyboristlər Partiyası" 1,01% səs toplayıb.

Qeyd edək ki, Gürcüstan parlamentinə daxil olmaq üçün minimum seçki baryeri 1% təşkil edir.

***

10.20

Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası liderlik edir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 58,54 faizinin hesablandığını, Gürcü Arzusu Partiyasının 49,32 faiz səs topladığını açıqlayıb.

Mixeel Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu müxalif "Güc və Birlik" bloku 25,94 faiz səs toplayıb. Parlamentə Avropa Gürcüstanı, Vətənpərvərlər Alyansı, Lelo, Qirçi, Aqmaşenebeli Strategiyası və Vətəndaş partiyaları da daxil olub.

Sabiq spiker Nino Burcanadzenin Vahid Gürcüstan Partiyası parlamentdə təmsil olunmaq üçün 1 faizlik səs baryerini aşa bilməyib. Bundan əlavə, 30 birmandatlı dairənin 15-də seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, Gürcüstanda deputatlar 4 illik müddətə seçilir. 150 deputatdan 120-i partiya siyahısı ilə proporsional qaydada, 30 deputat isə majoritar dairələrdən seçilir. Partiyalar üçün parlament seçkilərində baryer 1 faiz müəyyənləşdirilib, majoritar dairələrdə isə qələbə üçün hər hansı namizəd 50 faizdən çox səs toplamalıdır. Təkbaşına hökumət qurması üçün hər hansı partiya seçkilərdə səslərin 40 faizindən çoxunu toplamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR