Gürcüstanda parlament seçkilərinin ikinci turunun qalibi hakim partiya olub

Gürcüstanda parlament seçkilərinin ikinci turunun qalibi hakim partiya olub
  • Clock-gray 11:02
  • calendar-gray 22 Noyabr 2020

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turunun qalibi hakim "Gürcü Arzusu" Partiyası olub.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 birmandatlı dairə üzrə  ötən gün keçirilən seçkilərdə bütün dairələrdə hakim partiyanın qalib gəldiyini açıqlayıb.

Bununla da ilk turda 74 mandat (61 proporsional, 13 majoritar)  əldə edən "Gürcü Arzusu" Partiyası ümumilikdə 91 deputat mandatı  qazanıb və təkbaşına hökümət formalaşdırmaq huququ əldə edib.

Qeyd edək ki, ilk turda parlamentə daxil olan digər 8 müxalif partiya seçkilərin ikinci turda iştirak etməkdən və ilk turda qazandıqları parlament yerlərindən imtina etdiklərini açıqlayıb. Seçkilərin ikinici turu müxalifətin boykotu fonunda baş tutsa da, yerli qanunvericiliyə əsasən, ilk turda iştirak edən namizədlərin ikinci turda iştirakdan imtina etmək hüququ yoxdur. Bu səbəbdən ötən gün səsvermə bülletenlərində müxalif namizədlərin adları da yer alıb.

Səid Babazadə

Digər xəbərlər