Gürcüstanda son sutkada 2 911 nəfər koronavirusa yoluxub, 45 nəfər ölüb

Gürcüstanda son sutkada 2 911 nəfər koronavirusa yoluxub, 45 nəfər ölüb
# 11 noyabr 2020 11:06 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 911 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 66 561 nəfərə, ölənlərin sayı isə 566 nəfərə çatıb.

Virusa yoluxanlardan 49 811 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR