Gürcüstanda son sutkada koronavirusa 2058 yoluxma qeydə alınıb, 22 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 2058 yoluxma qeydə alınıb, 22 nəfər ölüb
# 09 yanvar 2021 11:00 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2058 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 238 086, ölənlərin sayı isə 2750 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 224 718 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR