Gürcüstanda son sutkada koronavirusa 594 yoluxma qeydə alınıb, 25 nəfər ölüb

Gürcüstanda son  sutkada koronavirusa 594  yoluxma qeydə alınıb, 25 nəfər ölüb
  • Clock-gray 11:24
  • calendar-gray 04 Yanvar 2021

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  594  yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  229 763, ölənlərin sayı isə 2 628 nəfərə çatıb.

Virusa yoluxanlardan 222 405 nəfərin sağaldığı bildirilir.

Səid Babazadə

Digər xəbərlər