Gürcüstanda yenidən fövqəladə vəziyyət elan edilməyəcək

Gürcüstanda yenidən fövqəladə vəziyyət elan edilməyəcək
# 14 sentyabr 2020 15:12 (UTC +04:00)

“Gürcüstanda yenidən tam karantin və ya fövqəladə vəziyyət elan edilməyəcək”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hökümət administraasiyasının rəhbəri Natia Mezvrişvili Qurumlararası Kordinasiya Şurasının iclasından sonra deyib. Onun sözlərinə görə, əvvəllər tətbiq edilən məhdudiyyətlərlə ölkə səhiyyəsi hazırkı şəraitə hazırlanıb və vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, baş nazir Giorgi Qaxaria bir neçə gün öncə Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğasının başladığını bildirib. Ölkədə son sutka ərzində yoluxanların sayı 165 nəfər təşkil edib ki, bu da ilk yoluxmanın qeydə alındığı 26 fevral tarixindən bəri ən yüksək sutkalıq yoluxma göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR